• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Öldürdülər, sonra da təslim oldular

Öldürdülər, sonra da təslim oldular

Bakı sakini bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, oktyabrın 24-də saat 01.00 radələrində, Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində gölün yaxınlığında 1992-ci il təvəllüdlü Röyal Müzəffər oğlu Nəcəfov çoxsaylı bıçaq xəsarəti ilə qətlə yetirilib.

Hadisəni törədənlər - qəsəbə sakinləri 1994-cü il təvəllüdlü Yarəli Ağadadaş oğlu Dadaşov və 1996-cı il təvəllüdlü Asim Etibar oğlu Bünyatov saat 06.30 radələrində polisə gəliblər və hadisə barədə məlumata verərək təslim olublar.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin səbəbləri araşdırılır.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR