Paytaxtda avtobus qəzası, 4 nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Paytaxtda avtobus qəzası, 4 nəfər xəsarət aldı

Paytaxtda minik avtomobili avtobusla toqquşub. Səbail Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə oktyabrın 24-də saat 23.45 radələrində, M.Useynov küçəsində baş verib.

Bakı şəhər sakinləri 21 yaşlı Elxan Lətif oğlu Nəbiyevin idarə etdiyi “Toyota” markalı 90 FZ 021 nömrə nişanlı avtomobillə 64 yaşlı İbrahimxəlil Mustafa oğlu Mustafayevin idarə etdiyi “Daewoo” markalı 10 TG 743 nömrə nişanlı 5 saylı xətt avtobusunun toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanlar - E.Nəbiyev və sərnişinləri 1994-cü il təvəllüdlü Rövşən Lətif oğlu Əlləzov, 1990-cı il təvəllüdlü Rəşad Mərdan oğlu Qarayev 3 saylı Təcili Tibbi Yardım Stansiyasına, İ.Mustafayev isə Kliniki Tibbi Mərkəzdə yardım edilərək evə buraxılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm