Bakıda sərnişin yol polisinə xəsarət yetirdi
Bizi izləyin

Qırmızı.az

Bakıda sərnişin yol polisinə xəsarət yetirdi

Bakıda qayda pozan sürücü saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, oktyabrın 24-də saat 00.10 radələrində, Z.Bünyadov prospekti 2096-cı məhəllədə Bakı şəhər sakini 31 yaşlı Rəcəb Tehran oğlu Quliyev idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90 XS 606 n-li avtomobili sərxoş halda idarə etdiyi üçün xidmətdə olan yol polisi inspektoru, polis baş leytenantı Mehdi Kərim oğlu Səlimov tərəfindən saxlanılıb.

Sürücü sərxoşluğun təyini üçün tibbi müayinədən keçməkdən imtina edib. Avtomobildə olan sərnişin, 30 yaşlı Fərqanə Tehran qızı Quliyeva polis əməkdaşının üz və əl nahiyəsinə əlləri ilə xəsarət yetirərək oradan qaçıb.

Material rayon prokurorluğuna göndərilib. Faktla bağlı araşdırma aparılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm