“Ay işığı”-da kütləvi dava - VİDEO
Bizi izləyin

Qırmızı.az

“Ay işığı”-da kütləvi dava - VİDEO

Oktyabrın 24-ü gecə saatlarında Nizami rayon ərzisində yerləşən “Ay işığı” şadlıq sarayında toyda kütləvi dava baş verib.

Axar.az-a verilən məlumata görə, şadlıq sarayında başlanan kütləvi əlbəyaxa daha sonra küçədə davam etdirilib. Restoranın qarşısında mərəkə qopub və dava edən şəxsləri ayırmaq mükün olmayıb. Məlumata görə, hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları gəldikdən sonra sakitlik yaranıb. Polis dava edənlərdən bir neçə nəfəri saxlayıb.

Mübahisənin nə ilə bağlı yarandığı bilinmir. Yalnız dava edən şəxslərin toyda həddən artıq çox spirtli içki qəbul etdikləri qeyd edilir.

Axar.az-a göndəriln video kadrlardan da görünür ki, toy məclisindən başlanmış qovğa gecə saatlarında “Ay işığı”nın qarşısında davam edib. Hadisə zamanı xəsarət alanların olduğu da bildirilir.

Qeyd edək ki, Azərbaycan toylarında, restoranlarda kütləvi dava normaya çevrilib. Əsasən əyalətlərdə rast gəlinən bu “milli natamamlıq ənənəsi” artıq paytaxtda da yaşanır. Son olaraq “Oazis” restoranındakı davanı qeyd etmək olar. Bu hadisədə xəsarət alanlar, bıçaqlananlar olmuşdu. Sonda isə tərəflər arasında barışıq əldə olundu və cinayət işi arxivə göndərildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm