Gəncədə"Uşaq hüquqlarının qorunması" mövzusunda seminar keçirilib
Bizi izləyin

Qırmızı.az

Gəncədə"Uşaq hüquqlarının qorunması" mövzusunda seminar keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə "Uşaq hüquqlarının qorunması" mövzusunda seminar keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, son illərdə uşaqların hüquqların müdafiəsi, sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün ölkədə bir sıra tədbirlər həyata keçirilir.

Seminarda, həmçinin bu cür tədbirlərin təşkilin uşaqların hüquqlarının təmin edilməsində, onların qayğı ilə əhatə olunmasında və hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyəti vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm