Qırmızı.az
Kulturoloq gənclərə etik davranış qaydalarından danışıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq, professor Fuad Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubunun qonağı olub.
Bilik Fondunun İnformasiya Təminatı sektorundan Publika.az-a verilən məlumata görə, görüşdə Fondun əməkdaşları ilə yanaşı, tələbələr, media nümayəndələri, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının üzvləri iştirak edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Fikir şənbəsi” klubunun fəaliyyəti barədə məlumat verərək qonağı iştirakçılara təqdim edib. Bilik səviyyəsi yüksəldikcə insanın mədəni səviyyəsinin də yüksəldiyini deyən O.Səmədov gənclərin belə görüşlərdən faydalana biləcəyini dilə gətirib.
F.Məmmədov Bilik Fondunun belə maarifləndirici tədbirlərini alqışlayaraq kulturologiyanın cəmiyyətdə geniş təbliğinə ehtiyac olduğunu deyib, Bilik Fondu kimi bir qurumun yaradılmasını cəmiyyətin maarifləndirilməsi yönümündə önəmli addım kimi dəyərləndirib. Onun fikrincə, ziyalılar öz biliyini paylaşmaqla xalqa xidmət etməlidirlər. Kulturoloq gənclərə cəmiyyətdə ən çox ehtiyac duyulan mədəniyyət, bilik, dostluq kimi yüksək insani keyfiyyətlərdən, etik davranış qaydalarından danışıb, onları maraqlandıran sualları cavablandırıb. Kulturoloji testlərin keçirilməsi də iştirakçıların marağına səbəb olub.
Professor Bilik Fondu ilə əməkdaşlığı məmnuniyyətlə qarşıladığını, gəncləri maraqlandıran mövzularda mühazirələrə hazır olduğunu vurğulayıb.
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü