Bakıda avtomobil dirəyə çırpıldı -1 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakıda avtomobil dirəyə çırpıldı -1 yaralı

Bakıda avtomobil dirəyə çırpılıb, 1 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda “Lada” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Lada” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm