Soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək
Bizi izləyin

Qırmızı.az

Soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək

Sabah Azərbaycan ərazisində soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də havanın temperaturu gecə 6-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm