"Azərbaycan dünyanın ən tolerant ölkəsidir"
Bizi izləyin

Qırmızı.az

"Azərbaycan dünyanın ən tolerant ölkəsidir"

Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmeul Simatovla görüşüb.

Publika.az-ın məlumatına görə, görüşdə təşkilatın Azərbaycan bölməsinin sədri Rav Şmeul Simatov, qurumun sədr müavini Rav Zamir İsayev və mətbuat xidmətinin katibi Murad Salmanov iştirak edib.

Qonaqları salamlayan Kamal Abdullayev dövlətin tolerantlıq siyasətindən və Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb.

Rav Şmeul Simantov təşkilat haqqında məlumat verərək bildirib ki, o, İsrail vətəndaşı olsa da, daim özümü azərbaycanlı kimi hiss edir

"Bu gün Azərbaycan nəinki Qafqazın, hətta bütün dünyanın ən tolerant ölkəsidir”, - Rav Şmeul Simantov əlavə edib.

Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq layihələr haqqında müzakirələr aparılıb.

Sonda Kamal Abdullayev qonaqlara kitab hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm