Şampunun içindən narkotik çıxdı - FOTO
Bizi izləyin

Qırmızı.az

Şampunun içindən narkotik çıxdı - FOTO

Bakıda həbsxanada şampunun içindən narkotik vasitə keçirilməsnin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri həyata keçiriblər. Nəticədə 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, məhkum Rüfət Vaqif oğlu Əliyevə qardaşı tərəfindən göndərilmiş bağlamaya baxış keçirilib.

Məlum olub ki, Şəmkir rayon sakini Sənan Vaqif oğlu Əliyev “Clear” şampun qabının içərisində gizlədilmiş kibrit qutusuda 2,97 qram narkotik maddə - marixuana və 0,68 qram narkotik maddə - tiryəki qardaşına ötürmək istəyib.

Narkotik vasitə Penitensiar xidmət əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm