Qırmızı.az
Zakir Qaralov göstəriş verdi
Fevralın 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2013-cü ildə «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib ki, ağır və xüsusilə ağır cinayətlərin sayı, ilk növbədə adam oğurluğu, adamları girov götürmə, banditizm, cinayətkar birlik yaratma cinayətləri əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edilib ki, Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və
Fövqaladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət
Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə
14.090 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları
və ya qərarlar təsdiq olunan 9.950 iş aidiyyəti üzrə baxılması üçün
məhkəmələrə göndərilib.
Prokurorluq orqanlarının icraatında olmuş cinayət işləri üzrə ümumi göstəricinin 40,7 faizini təşkil edən 26 milyon manatdan artıq miqdarda maddi ziyan ödətdirilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 98,6 faizi və ya 7.2 milyon manatın, Daxili işlər orqanları üzrə 42.3 milyon manatın və ya 73,4 fazinin, Milli Təhlükəsizlik Nazirliyi üzrə isə 85,9 faizinin ödətdirilməsi təmin edilib.
İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi olaraq, hesabat ilində 340 cinayət işi üzrə icraata xitam verilməsi və 881 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib, bu fəaliyyət sahəsi üzrə yol verilmiş qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədi ilə 707 təqdimat verilib.
Prokurorluğun Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin
əməliyyat qurumları ilə həyata keçirdikləri əlaqəli işinin
nəticəsidir ki, 2013-cü ildə qeydə alınmış 206 qəsdən adam öldürmə
cinayətinin (2012-ci ildə 198 hadisə) 194-nün, o cümlədən
qeyri-aşkar şəraitdə törədilmiş iki və daha çox şəxsin ölümü ilə
nəticələnən qəsdən adam öldürmə cinayətindən 69-nun isti izlərlə,
qeydə alınmış 56 qəsdən adam öldürməyə cəhd cinayətindən (2012-ci
ildə 53 hadisə) isə 55-nin açılması təmin olunub.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, 2013-cü ildə baş vermiş 12 (2012-ci ildə 8) qəsdən adam öldürmə və 1 (2012-ci ildə 2) qəsdən adam öldürməyə cəhd cinayətləri açılmamış qalıb.
Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən cəmiyyətdə böyük rezonansa səbəb olan bir neçə ağır və xüsusilə ağır cinayətlərə dair işlərin istintaqı aparılıb.
Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Laçın rayon prokuroru Ceyhun Almasov çıxışlarında 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürüblər.
Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verib.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı