Bərdədə evdə partlayış: 2 nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Bərdədə evdə partlayış: 2 nəfər xəsarət aldı

Bərdədə evdə partlayış olub, iki nəfər xəsarət alıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv. m olan kürsülü, birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnməyən partlayış hadisəsi baş verib.

Nəticədə evin karton və lambirdən ibarət tavan hissəsi qismən tökülüb və pəncərə şüşələri qırılıb.

Partlayış zamanı 2 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm