Evində silahlı hücuma məruz qaldı – “Cinayətdə azı 3 nəfərin əli var”
Bizi izləyin

Qırmızı.az

Evində silahlı hücuma məruz qaldı – “Cinayətdə azı 3 nəfərin əli var”

Cənubi Afrika Respublikası millisinin qapıçısı və komandanın kapitanı Senço Meiva bir cinayətə qurban gedib. Publika.az xəbər verir ki, 27 yaşlı qapıçı Voslurus şəhərində evində silahlı hücuma məruz qalıb.

Polisin ilkin ifadəsində bildirilir ki, cinayətdə ən az 3 nəfərin əli var.

Polis onu da qeyd edib ki, faktla bağlı istintaq araşdırması aparılır. Cinayətkarlarla bağlı məlumat verənlərə 14 min dollar məbləğində mükafat veriləcək.

Qeyd edək ki, Senço Meiva həmçinin ölkə liqasında "Orlando Payarits" klubunun da şərəfini qoruyub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm