• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bir təbrikə sığmayacaq arzular - Doğum gününüz mübarək, Aynur Camalqızı

Bir təbrikə sığmayacaq arzular - Doğum gününüz mübarək, Aynur Camalqızı

Jurnalist özünü o zaman rahat, komfortda hiss edir ki, onun baş redaktoru səmimi, anlayışlı və alicənab olsun.

Bu sarıdan bəxti gətirmişlərdənik,vallah. Elə ona görə də, özümüzü evimizdəki kimi hiss edirik.

Bu günsə, evimizin sahibəsi, mən ona şahzadəsi deyərdim, “Gündəlik Teleqraf”-MMC-nin baş redaktoru, Azərbaycan jurnalistikasında öz dəsti-xətti olan Aynur Camalqızının doğum günüdür.

Mübarək olsun!

Onun sevincinə qatılanlar isə həddən artıq çox oldu. Otağının qarşısında böyük bir növbə yarandı. “Gündəlik Teleqraf” ailəsindən olan Publika.az, Axar.az, Teleqraf.com, 1937.az, “Gündəlik teleqraf “qəzetinin əməkdaşları baş redaktorun xoş gününü xoş sözlərlə təbrik edib, onu gül-çiçək yağışına tutdular.

Hər kəsin ürəyi dolu idi. Böyük bir komandaya rəhbərlik edən gözəl xanım, gözəl ana, səmimi rəhbər olan Aynur Camalqızına hər kəs ürəyindən gələn ən səmimi arzuları ifadə etdilər. O da öz növbəsində gözəl sözləri cavabsız qoymadı.

Onu da deyək ki, Aynur xanım ən böyük hədiyyəsini bu günlərdə aldı. Tanrı hədiyyəsi olan Dəniz ona doğum günü ərəfəsində dünya boyda sevinc bəxş etdi.

Sevinclərin, xoşbəxtliyin, uğurların hər zaman bol olsun. Həmişə belə sevilən, seçilən, rəğbət və hörmət bəslənənlərdən olasınız!

Necə ki, beləsiniz.

Cazibədar, gözəl, səmimi Aynur xanım bir olaq, mehriban olaq!

Lütfən, bu sözləri doğum günündə söylənmiş tost kimi qəbul etməyin.

Ürəkdən gələn səmimi sözlərdir. Sevənlərinizin sevgisindən əskik olmayasınız!

Publika.az kollektivinin adından-

Cəvahir Səlimqızı

Foto:Nuron

Xəbər lenti

DAHA ÇOX XƏBƏR