Qırmızı.az
Aeroport şosesinin ölüm saçan problemi
Bakının əsas yollarından olan Aeroport şosesi günün müəyyən saatlarında havanın qaranlıq olmasına baxmayaraq, işıqlandırılmır. Bunu Trend-ə məktubla müraciət edən oxucular və sürücülər bildiriblər.
Müraciətdə qeyd olunur ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından
şəhər istiqamətində hərəkət edərkən sübh çağı qaranlıq vaxtda yol
kənarındakı işıqlar yanmır. Bu isə yüksək hərəkət sürəti müəyyən
edilən bu yolda sürücülər üçün böyük təhlükə törədir. Onlar üçün
yollarda avtomobili idarə etmək çətinləşir və qəzaların baş verməsi
ehtimalı artır.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İşıqlandırma
İdarəsindən Trend-ə bildiriblər ki, paytaxtda yol kənarındakı
dirəklərdə quraşdırılmış lampalar avtomatik rejimdə işləyir və
onlar havadan asılı olaraq işıqlanır və ya sönür. Lakin İdarədən
Aeroport şosesində sübh vaxtı hava işıqlanmadan lampaların
yanmamasının səbəbini dəqiq izah edə bilməyiblər.
Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət
Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə
bildiriblər ki, 2014-cü ilin 9 ayı ərzində baş vermiş yol-nəqliyyat
hadisələrinin təhlili göstərir ki, paytaxtda qəzaların ən çox baş
verdiyi yollardan biri də Aeroport şosesidir. Belə ki, bu müddətdə
Aeroport şosesinin daxil olduğu Mərdəkan-Bakı yolunda 16 hadisə baş
verib.
Bundan əlavə, Heydər Əliyev prospektində 32, Nobel prospektində 26,
Zığ yolunda 22, Azadlıq prospektində 18, Ziya Bünyadov prospektində
18, Mərdəkan-Buzovna yolunda 16 yol-nəqliyyat hadisəsi qeydə
alınıb.
Bölmədən bildiriblər ki, Bakıda yol qəzalarının əksəriyyəti günün
qaranlıq saatlarında baş verir. Belə ki, paytaxtda axşam saat
20:00-dan səhər saat 08:00-dək 326 yol qəzası qeydə alınıb. Qəzalar
nəticəsində 144 nəfər ölüb, 309 nəfər yaralanıb.
Ümumilikdə isə 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati
ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş
hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət
alıb.Qəzalar zamanı həlak olanlardan 164 nəfəri kişi, 59 nəfəri
qadın, 14 nəfəri uşaq, yaralananların isə 431 nəfəri kşi, 189
nəfəri qadın, 47 nəfəri uşaq olub.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi