Aydın Əliyev Şəmkirdə qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev Şəmkirdə qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 31-də saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 5) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-dən Publika.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şəmkir, Gədəbəy, Samux rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm