Canavar dişləyən uşaqlardan xəbər var - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Canavar dişləyən uşaqlardan xəbər var - RƏSMİ

Cəlilabad rayonunun Buravar kəndində qəribə hadisə baş verib. Canavar evə hücum edərək kənd sakinlərini yaralayıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından Publika.az-a faktı təsdiq ediblər. Baş həkimin müavini Vaqif Məmmədov bildirib ki, yaralılar bir ailənin üzvləridir:

“Canavar bir ailənin 4 üzvünü - 3 qız, 1 oğlanı dişləyib. Yaralılar Əfsanə, Aygün, Aygül və Vüsal Şahmarovlardır. Oğlana heç nə olmayıb, canavar qızların ayaqlarını cırmaqlayıb, dişlərini batırıb. Xəstələrə axşam kəndin öz müayinə həkimi tərəfindən yerində yardım olunub. Onlara quduzluğa qarşı vaksin vurulub. Bu gün səhər təcili yardımla xəstəxanaya gətirilən yaralılar müayinə olunub, yardım göstərilərək evə buraxılıblar. Üç gündən sonra onlar yenidən müayinə olunacaqlar”.

Onun sözlərinə görə, canavarın quduz olub-olmaması laboratoriyanın nəticələrindən sonra məlum olacaq.

Yaralıların vəziyyətlərinə gəlincə, həkim bildirdi ki, hazırda onların vəziyyətləri yaxşıdır və özlərini yaxşı hiss edirlər. Həkimin sözlərinə görə, canavar dişləməsi hadisəsi rayonda birinci faktdır. Lakin kəndin hər tərəfi meşə ilə əhatə olunduğundan belə hadisələr ola bilir: “Mən 40 ildir burada işləyirəm. Birinci dəfədir ki, canavar dişləməsi ilə rastalışıram. Bir dəfə də pələng dişləməsi ilə bağlı xəstə bizim xəstəxanaya müraciət edib”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm