Nazirlik Ebola ilə bağlı qadağaya aydınlıq gətirdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik Ebola ilə bağlı qadağaya aydınlıq gətirdi

“Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda Ebola virusu yayılmış ölkələrin iştirakına qadağa qoyulması ilə bağlı mətbuatda yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

Publika.az-ın məlumatına görə, bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bu gün təşkil edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Forumda iştirakla bağlı qadağa yalnız qeydiyyatdan keçdiyi saydan daha çox nümayəndə göndərən ölkələrə aiddir.

Nazir müavini deyib ki, Azərbaycanın Səhiyyə Nazirliyi Ebola xəstəliyi yayılan ölkələrdən gələn nümayəndələr üçün profilaktik tədbirlər görməyə hazır olduğunu bildirib.

“Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatına da müraciət etmişik. Onlardan xahiş etdik ki, bizə bu prosesdə dəstək olsunlar. Ümid edirik ki, hər şey yaxşı olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm