Ayın son günlərinin hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Ayın son günlərinin hava proqnozu

Oktyabrın 29 və 30-da Azərbaycanda havanın temperaturu əvvəlki günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək. Ölkə ərazisində buludlu hava şəraiti isə davam edəcək. Sabah isə Azərbaycan ərazisində soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də havanın temperaturu gecə 6-8, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərəd duman, çiskin olacaq. Bəzi şərq rayonlarında yerlərdə yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm