Həkim işləmək istəyənlərin nəzərinə
Bizi izləyin

Qırmızı.az

Həkim işləmək istəyənlərin nəzərinə

Səhiyyə Nazirliyi 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərlə bağlı məlumat yayıb. Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyində keçiriləcək.

Təyinat və iş yerinə göndərilmə 4 noyabr 2014-cü il tarixində saat 14.00-də başlayacaq.

Səhiyyə Naziriliyi 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərə müraciət edərək onlardan şəxsiyyət vəsiqələrini Nazirliyə təqdim etmələrini xahiş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm