Ölkəyə gizli yolla bahalı araq keçirmək cəhdi baş tutmadı
Bizi izləyin

Qırmızı.az

Ölkəyə gizli yolla bahalı araq keçirmək cəhdi baş tutmadı

Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, bu günlərdə Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda spirtli içkilərin gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.


Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Cabbarov Asif Həpiş oğlunun idarə etdiyi “Mercedes Benz C 200” markalı, “90-LJ-745” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Quliyev Xeybər Misir oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Kremlin Avard”, “Beluga” və “Stolicnaya vodka” araqları aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm