Ramil Usubov İsrailə getdi
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov İsrailə getdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İsrailə səfər edib.


Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Müdafiə Nazirliyinin baş direktorunun müavini Amir Kainin dəvətinə əsasən oktyabrın 26-dan bu ölkədə rəsmi səfərdədir.


İki gün davam edəcək səfər zamanı Azərbaycan-İsrail strateji tərəfdaşlıq maraqları çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasındakı münasibətlərin genişləndirilməsi planlaşdırılır.


Səfər çərçivəsində, o cümlədən cinayətkarlığın qloballaşdığı müasir dövrdə onun müxtəlif növləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, daha da möhkəmləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm