• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ombudsmandan erkən nikah problemi ilə bağlı təkliflər

Ombudsmandan erkən nikah problemi ilə bağlı təkliflər

Bu günlərdə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən “Erkən nikah və onun fəsadları” mövzusunda keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, orta məktəblərin yuxarı siniflərində oxuyan qızlar və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları da qatılıblar.

Aparatın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aparatın əməkdaşı Yeganə Cəfərova çıxış edərək, ombudsmanın erkən nikah məsələləri ilə bağlı aidiyyəti qurumlara verdiyi təklif və tövsiyələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, müvəkkil və nümayəndələri vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə bölgələrdə, ucqar kəndlərdə yaşayan qadınlar üçün qadın sahibkarlığı, gender bərabərliyi, məişət zorakılığı, insan alveri və erkən nikahlar mövzusunda maarifləndirici seminar və məşğələlər təşkil edir, intensiv maarifləndirmə işi aparırlar. Nəticədə, minlərlə qadın öz hüquqları barədə bilgilər əldə edir və bununla da onların cəmiyyətdəki fəallığı artır.

Y.Cəfərova qeyd edib ki, müvəkkil erkən nikah hallarının aradan qaldırılması məqsədilə maarifləndirmə işlərinin aparılmasını, televiziya kanallarında sosial roliklərin verilməsini təklif edib. Ombudsman, həmçinin polis və prokurorluq orqanları tərəfindən bu cür hallarla rastlaşdıqda Cinayət Məcəlləsinin 152-ci maddəsinə müvafiq olaraq, azyaşlı qızla ailə quran şəxsin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq qurumlara tövsiyələr verib.

Bildirilib ki, erkən nikah halı baş verdikdə ailə quran həmin qızlar təhsildən kənarda qalır, onların sağlamlığına ziyan dəyir, gələcəkdə öz maddi müstəqilliyini təmin edə bilmirlər, bir çox hallarda isə bu, həm özlərinin və körpələrinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bunun isə qarşısını almaq üçün sahə müvəkkilləri azyaşlı qızla ailə qurmaq istəyən şəxsə, onların valideynlərinə oğlanın ailə qurduqdan sonra qanunvericiliyə əsasən cinayət məsuliyyəti daşıdığını izah etməli və digər qabaqlayıcı tədbirlər görülməli, geniş maarifləndirmə işi aparılmalıdır.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR