Xəyanətin bədəlini ağır ödədi
Bizi izləyin

Qırmızı.az

Xəyanətin bədəlini ağır ödədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Ağstafa rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Ramin Qurbanov bu ilin iyunun 16-da Xətai rayonunda həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızını bıçaqlayaraq öldürüb. Hadisə qısqanclıq zəminində baş verib. Belə ki, Ramin Qurbanov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. O, şübhələrini müəyyən etmək üçün həyat yoldaşını izləməyə başlayıb. Ramin Qurbanov izlədiyi müddətdə arvadının başqa bir kişi ilə münasibətdə olduğunu görüb. Bu səbəbdən də arvadını öldürmək qərarına gəlib.

Həmin gün həyat yoldaşı ilə mübahisə edən Ramin Qurbanov cinayət hadisəsini törədib. O, cinayəti törədəndən sonra polisə gələrək təslim olub və həyat yoldaşını namus üstündə öldürdüyünü bildirib. Ramin Qurbanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 3-nə təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm