Təcili Yardım gücləndirilmiş iş rejimində
Bizi izləyin

Qırmızı.az

Təcili Yardım gücləndirilmiş iş rejimində

Bakı Şəhər Təcili və Təxirasalınmaz Tibbi Yardım Stansiyasının həkimləri gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Publika.az-a Stansiyanın operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, Bakıda Gənclərin Qlobal Forumunun başlanması ilə əlaqədar təcili yardım həkimləri 3 gün iştirakçıların qaldıqları otellər qarşısında növbə çəkəcəklər.

“Forum çərçivəsində tədbirlər keçirilən məkanlar, nazirlərin nahar etdikləri restoranların qarşısında briqadalar olacaq. Heydər Əliyev Mərkəzində saat 08:00-dan 18:00-dək, iştirakçıların qaldıqları 5 otelin qarşısında bütün sutka ərzində növbə çəkəcəklər. Bundan başqa, “Buta Palace” qarşısında da tədbirlər əlaqədar həkim briqadası olacaq. Təxminən 6-8 saatdan bir briqadalar dəyişir və gün ərzində təxminən 30-40 briqada forum keçirilən məkanlarda növbə çəkəcək”.

Z.Vahidova iştirakçılar arasından artıq müraciətlərin olduğunu da bildirib:

“Qonaqlar arasında təcili yardıma müraciət edən olub. Bu barədə məlumatlar geniş ictimaiyyətə açıqlanmır. Təcili yardıma müraciət edənlərə ilkin yardım göstərilir, ehtiyac olduğu halda xəstəxanaya aparılır”.

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və BMT-nin təşkilatçılığı ilə Bakıda Gənclər siyasəti üzrə Birinci Qlobal Forum təşkil olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm