• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yağış yağacaq, külək əsəcək

Yağış yağacaq, külək əsəcək

Yaxın 2-3 gündə Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər çiskinli olacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da havanın temperaturu gecə 7-10, gündüz 12-15 dərəcə isti olacaq.


Azərbaycan rayonlarında oktyabrın 29-da bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR