“Khazar Islands”ın İstanbulda uğurlu təqdimatı olub
Bizi izləyin

Qırmızı.az

“Khazar Islands”ın İstanbulda uğurlu təqdimatı olub

Böyük Britaniyanın İDE şirkətinin təşkilatçılığı ilə İstanbulda dünyanın 200-dən artıq aparıcı sərmayə, tikinti və istehsalat şirkətinin nümayəndələrinin bir araya gəldiyi Əməkdaşlıq Platformasında “Avesta Concern”in həyata keçirdiyi “Khazar Islands” layihəsi tədbirin əsas təqdimatı olub.

Oktyabrın 23 və 24-də keçirilən tədbirdə ABŞ-ın HİRSEN/BEDNER ASSOCİATES, B&B, WILSONART, İtaliyanın ALBED, İsveçin ELUNGBERGS FACTORY, Türkiyənin Marmara, Kale, Özyazıcı kimi böyük şirkətləri ilə yanaşı Amerika, Avropa və Asiyadan olan dünyanın ən böyük və qabaqcıl şirkətlərinin təmsilçiləri qatılıb. Dünyanın dörd bir yanından olan 200-dən artiq böyük şirkətin qatıldığı Əməkdaşlıq Platforması tədbirinin iştirakçılarının diqqətinə “Khazar Islands” layihəsini “Avesta Concern”in vitse-presidenti Taleh Quliyev, Marketinq və Satış Departamentinin rəhbəri Abdulridha Hasan Salman təqdim edib. Tədbir iştirakçılarının “Khazar Islands” layihəsinə marağı gözlənildiyindən artıq olub. Buna görə də “Khazar Islands” layihəsinin təqdimetmə prosesinə nəzərdə tutulandan daha artıq vaxt ayrılıb.

Tədbir iştirakçıları layihə ilə bağlı təqdimatçılara çoxsaylı suallar ünvanlayıblar. Tədbir zamanı daha bir neçə layihənin təqdimatı keçirilsə də, əsas diqqət“Khazar Islands” layihəsinə yönəlib. Bu hal istər təqdimat mərasimində, istərsə də ikitərəfli görüşlərdə aşkar hiss olunub.

Dünyanın 200-dən artıq böyük şirkətinin təmsil edən iş adamları “Khazar Islands” layihəsinə göstərdikləri maraq məlumat almaqla bitməyib.

“Avesta Concern”in nümayəndələri ilə ikitərəfli danışıqlar aparan bir neçə şirkət layihəyə qoşulmaq niyyətində olduqlarını bildiriblər. Bəzi şirkətlərlə gələcək əməkdaşlıqla bağlı ilkin razılıq da əldə olunub.

“Avesta Concern”in həyata keçirdiyi “Khazar Islands” layihəsinə qoşulmaq istəyən şirkətlər arasında isə dünyanın böyük sərmayə şirkətlərinin yer alması, tikinti şirkətlərinin əməkdaşlığa can atması “Khazar Islands” layihəsinin dünyanın işgüzar dairlərinin diqqət mərkəzinə yerləşməsini göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm