Qırmızı.az
Polis hansı hallarda elektroşokdan istifadə edə bilər?
Azərbaycanda polis əməkdaşlarının elektroşok qurğusundan istifadəsi yalnız daxili işlər nazirinin əmri ilə mümkün olacaq. Publika.az-ın məlumatına görə, bununla bağlı parlamentin bugünkü iclasında “Polis haqqında” qanuna dəyişikliklər müzakirə edilib.
Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırkı
qanuna görə, rota komandirinin, bölük komandirinin tapşırığına
əsasən hər bir polis bu qurğudan istifadə edə bilər: “Dəyişiklik
ondan ibarətdir ki, elektroşok qurğusunu gəzdirəcək şəxslərin, yəni
zabitlərin dairəsi daxili işlər nazirinin əmri ilə müəyyən
ediləcək”.
O həmçinin qeyd edib ki, elektroşok vasitələri bu maddənin 2-ci
hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə
tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini
saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan
polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Elektroşok vasitələrin tətbiqinin vacibliyini qeyd edən Ə.Hüseynli
bildirib ki, bu, məsafədən cinayətkarı və cəmiyyətə zərər vermək
istəyən şəxsi və ya qrupu zərərsizləşdirməyə imklan verəcək:
“Elektroşokdan istifadə etməklə şəxsi və qrupu bir neçə metrlikdən
zərərsizləşdirmək mümkün olacaq. Belə bir metod dünyada mövcuddur
və dünyanın bir çox inkişaf etmiş ölkələrində bundan istifadə
olunur”.
Onun sözlərinə görə, elektroşok 4 halda istifadə olunacaq və ondan
ancaq lazımi məqamda istifadə ediləcək, hər polisə onu daşımaq
imkanı verilməyəcək. Sənəddə əks olunmuş dəyişikliyə əsasən,
elektroşokdan cinayətkarın insan həyatına təhlükə yaratdığı halda;
kütləvi iğtişaşlar və qiyamlar zamanı; silahlı şəxsin silahdan
istifadə etməklə müqavimət göstərmək ehtimalı olduğu halda; həbsdə
olan şəxsi güc yolu ilə qaçırmaq istədikdə hüquq-mühafizə orqanına
bu vasitədən istifadə etmək hüququ veriləcək.
Layihə müzakirələrdən sonra qəbul edilib.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!