Binəqədi rayonunda soyğunçuluq qeydə alınıb
Bizi izləyin

Qırmızı.az

Binəqədi rayonunda soyğunçuluq qeydə alınıb

Binəqədidə soyğunçuluq qeydə alınıb.

Binəqədidə soyğunçuluq qeydə alınıb.

Gecə saatlarında Göyçay rayon sakini Bəhlul Cavadov rayon polis idarəsinə müraciət edərək Binəqədi şosesi, Xırdalan dairəsi adlanan ərazidə idarə etdiyi Kamaz avtomaşınına üç naməlum şəxsin yaxınlaşaraq ondan 4000 manatın və "Nokia" markalı mobil telefonunun qarət edilməsi barədə məlumat verib.

Dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni törədənlər Daşkəsən rayon sakini Sürət Məmmədov, Bərdə rayon sakini Pərvin Əlizadə və Tərtər rayon sakini Yunis Quliyevdir. İstintaqa cəlb edilən şəxslər burada əməllərini səmimi etiraf edərək hadisəni içkili vəziyyətdə və pula ehtiyac səbəbindən törətdiklərini bildiriblər.

Saxlanılan Sürət Məmmədov deyir ki, onlar zərərçəkənlə razılığa gəlirlər ki bir məkanda əyləşib yeyib-içsinlər. Hesabı isə aralarında bölsünlər. Lakin Bəhlulun vədinə əməl etməməsi sonda baş verən olaya zəmin yaradır. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi açılıb, sözü gedən şəxslərin analoji əməllərinin olub-olmaması istiqamətində araşdırmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm