Bakı 100 il əvvələ qayıdır – qaza, istiliyə və elektrikə yox!
Bizi izləyin

Qırmızı.az

Bakı 100 il əvvələ qayıdır – qaza, istiliyə və elektrikə yox!

Bakı 100 il əvvələ qayıdır. Paytaxtda dolanışıq baxımından ortabab sayılan bir ailənin bir gecəlik qonağı olsan, özünü hansısa Afrika qəbiləsinin komasındakı kimi hiss edərsən. Bir fərq var ki, orada istidir, bizdə isə soyuq. Qalan hər şey onlarda olduğu kimidir. Biz də yuyunmaq üçün suyu ən primitiv üsullarla qızdırırq. Biz də işıq üçün şamdan, neft lampasından istifadə edirik.

Yox, deyəsən, bu məsələdə biz onlardan irəlidəyik, onlarda axı hələ neft lampası yoxdur… Hər şey bir yana qalsın, bizim bu dövlət qurumların məntiqini anlamaq üçün heç bir riyazi analiz, heç bir düstur kifayət etmir. Bütün dünyada soyuqlar düşüncə qaz və elektrik verilişi gücləndirilsə də, bizdə bunun tam əksi olur. Amma nə olsun ki, soyuq düşüncə qaz artmasa da, üst-üstə geyindiyimiz corabların sayını, bir də kələm kimi sarıqlanan uşaqlarımızın kürklərinin sayını artıqsaq, bu qış bizə zaval olmayacaq. “Azəriqaz” istəyir, lap qazı dibindən kəssin…

Əslində, “Azəristliktəchizat” tərəfindən istiliklə təmin olunan binalarda istilik sisteminə keçid noyabr ayının 15-dən başlayır və mövsüm 152 gün, yəni aprel ayının 15-dək davam edir. Meteroloji şəraitdən asılı olaraq bu vaxt uzadıla da bilər, amma bir şərtlə. “Azəristliktəchizat” ASC-dən Publika.az-a verilən məlumata görə, bunun üçün İcra Hakimiyyətinin müvafiq qərarı olmalıdır:

“Əgər 3 gün ardıcıl olaraq orta sutkalıq temperatur 8 dərəcədən aşağı düşərsə, qış rejiminə vaxtından tez başlamaqla bağlı qərar çıxarılır. Adətən, bu günlərdə olan soyuqlar davamlı deyil. Əgər bir gün soyuq olursa, o biri gün 20 dərəcə isti olur, buna görə də bununla bağlı qərar vermək çətindir” .

Əgər kəskin soyuqlar düşərsə, vaxtından tez istilik sistemlərinə başlamaq olar. Qurumdan onu da bildirdilər ki, qış rejiminə tez keçid təkcə “Azəristliktəchizat”dan asılı deyil. Belə ki, bunun üçün “Azəriqaz” ASC də qazın təzyiqini artırmalıdır.

“Bakıelektrikşəbəkə”dən də elektrik xətlərində yüklənmələrlə bağlı sualımıza həmişəki cavabı aldıq. Qurumdan Publika.az-a bildirdilər ki, havaların dəyişilməsindən asılı olmayaraq, “Bakıelektrikşəbəkə” qışa hazırdır: “Nə qədər tələbat varsa, ödənilir və heç yerdə elektriklə bağlı problem yoxdur. Qəzaların sayı minimuma endirilib”.

Qurumdan onu da bildirdilər ki, payız-qış mövsümünə cari hazırlıq işləri yekunlaşmaq üzrədir. Xüsusən də Bakıətrafı kənd və qəsəbələrdə yenidənqurma işləri aparılıb və kabellər dəyişdirilərək şəbəkənin gücü artırılıb. Havalar nə qədər soyusa da, problem yaranmayacaq.

“Azəriqaz” ASC ilə bir neçə gündür ki, əlaqə saxlamağa çalışsaq da, qurumdan telefon zənglərimizə cavab verən tapılmadı. Görünür, Bakının keçmişə səyahəti hələ uzun sürəcək. Bəlkə də, yaza qədər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm