Türkiyədə yeni mədən faciəsi – 19 İŞÇİ TORPAQ ALTINDA
Bizi izləyin

Qırmızı.az

Türkiyədə yeni mədən faciəsi – 19 İŞÇİ TORPAQ ALTINDA

Türkiyənin Karaman vilayətindəki kömür mədənində su qaynağında partlayış baş verib. Ən azı 19 işçinin torpaq altında qaldığı bildirilib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Karaman vilayətinin Pamuklu kəndi yaxınlığındakı kömür mədənində uçquna görə işçilər yer altında qalıb.

Hadisə bu gün günorta saatlarında baş verib. Gündüz növbəsinə gələn işçilər işlədikləri vaxt mədəndə uçqun baş verib. Uçquna mədənin 300 metr dərinliyindəki su qaynağının partlaması səbəb olub. İnsanların xilas edilməsi üçün əməliyyat başlayıb.

Hadisə ilə əlaqədar olaraq enerji və təbii sərvətlər naziri Taner Yıldız Karamana gedir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm