Tikinti şirkətinin rəhbərinə 13 il cəza verildi
Bizi izləyin

Qırmızı.az

Tikinti şirkətinin rəhbərinə 13 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən “Oskar Qrup” MMC tikinti şirkətinin direktoru Muxtar Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Muxtar Bayramov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Muxtar Bayramov vətəndaşların etibarından sui-istifadə edərək payçıların pulunu mənimsəməkdə ittiham olunub. O, vətəndaşların Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciəti əsasında keçirilən əməliyyat zamanı saxlanılıb və barəsində cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm