Bakıda alıcıları aldadan daha bir mağaza
Bizi izləyin

Qırmızı.az

Bakıda alıcıları aldadan daha bir mağaza

Azərbaycanda istehlakçıların çaşdırılması hallarının qarşısı alınır.

Publika.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqini keçirib.

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 134, mənzil 21 ünvanında fəaliyyət göstərən “SİLA” MMC-yə məxsus mağazada aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilərək istehlakçıların seçim sərbəstliyinə təsir göstərilməklə onların çaşdırılmasına yol verildiyi müəyyən edilib.

Belə ki, mağazanın vitrin pəncərəsində “Bütün yeni sezon mallarına 25% endirim” məzmunlu reklam yerləşdirilsə də, mağazada həmin malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub.
Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyənləşdirilib.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş “SİLA” MMC barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm