Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir

Azərbaycan Böyük Britaniya və bütün Avropa üçün əhəmiyyətli ölkədir.

Publika.az xəbər verir ki, bu fikir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Londonda təşkil etdiyi brifinqdə səslənib

Tədbirdə 60-dan artıq diplomat və Böyük Britaniyanın enerji, maliyyə xidmətləri, informasiya texnologiyaları, infrastruktur və kənd təsərrüfatı sektorunu təmsil edən nümayəndələr iştirak edib.

Brifinqdə vurğulanıb ki, Böyük Britaniya Azərbaycana Birbaşa Xarici Sərmayə (BXS) sahəsində ən böyük dəstək göstərən ölkə olaraq qalır. Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2014-cü ilin birinci yarısında Böyük Britaniya şirkətlərinin sərmayəsi ümumi BXS-nin (1,3 milard ABŞ dolları) 32,2 faizini təşkil edib.

2013-cü ildə Azərbaycan hökuməti ilə BP şirkəti tərəfindən idarə olunan “Şah Dəniz” Konsorsiumu arasında bağlanmış 45 milyard ABŞ dolları dəyərində müqavilə imzalandıqdan sonra Azərbaycanın Böyük Britaniya və bütün Avropa Avropa üçün əhəmiyyəti daha da artıb. 2018-ci ildən başlayaraq Xəzər dənizində “Şah Dəniz II” yatağından çıxarılan qaz İtaliyada yerləşən birləşdiriciyə ötürüləcəkdir.

Böyük Britaniya Parlamentinin üzvü, baş nazirin Azərbaycan, Qazaxıstan və Tükrmənistandakı Ticarət üzrə elçisi Çarlz Hendri bildirib ki, ölkələr arasında çox gözəl münasibətlər mövcuddur.

“Hazırda, münasibətlər daha çox neft və qaz ətrafında cəmləşib və BP Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra ölkədə olan ilk investorlardan biri olmuşdur. Azərbaycanın Prezidenti İlham Əliyev BP haqqında danışarkən onu gələcək 20-30 il üçün seçilən bir partnyor kimi dəyərləndirib. Böyük Britaniya Parlamentinin üzvü, Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Haguenin iştirakı ilə 2013-cü ilin dekabr ayında imzalanmış Azərbaycan hökuməti ilə BP şirkəti tərəfindən idarə olunan “Şah Dəniz” Konsorsiumu arasında Yekun Sərmayə Qərarı (YSQ) bu münasibətlərdə növbəti mərhələ kimi qəbul edilə bilər. Bu, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində ilk addımdır. Sözügedən layihə Azərbaycanın Xəzərdən çıxarılan qazını Cənubi Avropaya gətirəcək və Avropanın enerji təhlükəsizliyini və enerji təchizatında müxtəlifliyini təmin edəcəkdir”,- deyə Çarlz Hendri vurğulayıb.

Çarlz Hendri qeyd edib ki, hazırda Azərbaycanda təxminən 500 Britaniya şirkəti və 5 min Britaniya vətəndaşı çalışır. Onların çoxu BP şirkəti ilə əlaqəlidir və onun partnyorlarıdırlar.

"İndi biz bu münasibətləri enerji sektorundan daha irəli çəkməli və Azərbaycanda yerli əhali üçün imkanların yaranmasına yardım etməliyik", - Hendri əlavə edib.

O deyib ki, hazırda Sumqayıt Kimya Sənayesi Parkı tikilməkdədir və Britaniya şirkətlərinin bu sahədə gətirə biləcəyi bacarıqlar zəruridir.

"“Ağ Şəhər” layihəsinin həyata keçirilməsi sayəsində çirklənmiş torpaqlardan ibarət olan bir ərazini dünya səviyyəli otellərin inşası üçün yararlı edib. Əlbəttə, Britaniya şirkətləri dizayn, memarlıq və layihə idarə olunması baxımından yardımçı ola bilərlər. Həmçinin, informasiya texnologiyaları sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Maliyyə xidmətləri sektorundaböyük imkanlar vardır ki, bunlar hələ də inkişaf etdirilməyib", Hendri deyib.

Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniyanın siyasi, iqtisadi, və təhlükəsizlik sahəsində maraqları demək olar ki üst-üstə düşür: “İqtisadi məsələlər mənim səfir kimi fəaliyyətimdə əsas prioritet təşkil edir. Mənim vəzifəm istər enerji sektorunda, istərsə də qeyri-enerji sektorunda Böyük Britaniya şirkətləri üçün Azərbaycan iqtisadiyyatına asan çıxışını təmin etməkdən ibarətdir”,- deyə Tahir Tağızadə vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm