Ana oğlu üçün bu yola da əl atdı
Bizi izləyin

Qırmızı.az

Ana oğlu üçün bu yola da əl atdı

Ana həbsdə olan oğluna gizli yolla narkotik keçirmək istədi.

Publika.az Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin saytına istinadən xəbər verir ki, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası, Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan vətəndaş Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm