Mikayıl Cabbarovdan məktəblərlə bağlı əmr
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarovdan məktəblərlə bağlı əmr

Təhsil naziri Mikayıl Cabbarov dövlət ümumi təhsil müəssisələrində açılmış eksperimental pilot siniflərin 2014-2015-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata əsasən, əmri ilə dövlət ümumi təhsil müəssisələrində açılmış eksperimental pilot siniflərdə təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə verilib.

Əmrdə dövlət ümumi təhsil müəssisələrində açılmış I-VII, VIII-IX, X-XI eksperimental pilot siniflər üçün 2014-2015-ci dərs ilinə aid aşağıdakı tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilib.

Təlim beynəlxalq İB kurikulumu üzrə aparılan eksperimental pilot I sinfin tədris planı İB kurikulumu tətbiq ediləcək siniflər üçün baza olaraq nəzərdə tutulub. Həmin siniflərin ümumi orta təhsil səviyəsində İB kurikulumu üzrə təlimə keçid üçün baza təşkil etdiyindən 15 (on beş) saat təlim ingilis dilndə əyləncəli fakültativ məşğələ olaraq nəzərdə tutulur.

Əmrə əsasən ingilis dil - İELTS, biznes və Critcal Reading fənləri ABŞ və Avropanın ali məktəblərində, həm də respublikamızın ali məktəblərində ingils dilində ali təhsil almaq istəyən, ali riyaziyat (AP Calculus-AB/BC), fizika (AP physics C), kimya (AP chemistry) və statistika (AP) fənləri isə ABŞ və Avropanın universitetlərində təhsil almaq istəyən şagirdlər üçün nəzərdə tutulur. Bu fənlər üzrə kurs keçmiş və sertifkat almış şagirdlər universitet imtahanlarından azad edilirlər.

XI sinifdə texniki və təbiət fənn qruplarında məntiq fənni riyaziyat fənləri daxilində də tədris edildiyi üçün bu siniflərdə məntiq fənninə müvafiq qaydada 2 və 1 saat, humanitar fənn qrupunda isə şagirdlərin müstəqil düşünmək və nəticələr çıxarmaq bacarıqlarınının formalaşdırlmasını təmin etmək məqsədi lə məntiqin ayrıca fənn kimi tədrisinə 5 saat nəzərdə tutulur.

Tədris planı həm respublikanın, həm də ABŞ və Avropanın ali məktəblərində təhsil almaq arzusunda olan şagirdlər üçün nəzərdə tutulduğundan humanitar siniflərdə də tədris proqramına təbiət fənləri – riyaziyat, fizika, kimya, biologiya, həmçinin statistika fənləri də daxil edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm