Harada qadın olmaq yaxşıdır - Azərbaycan qonşularından öndədir
Bizi izləyin

Qırmızı.az

Harada qadın olmaq yaxşıdır - Azərbaycan qonşularından öndədir

Ümumdünya iqtisadi forumu “Cinslərin bərabərliyi” adlı illik sorğu keçirib.


Forum hər il Harvard və Berkli universitetləri ilə yanaşı, 142 ölkədə qadın-kişi bərabərliyini araşdırır.

Belə ki, hesabatlara əsasən, İslandiya gender bərabərliyi üzrə birincilik əldə edib. Növbəti yerləri isə Finlandiya, Norveç, İsveç, Danimarka, Nikaraqua, Ruanda, İrlandiya, Filippin və Belçika tutub.

Azərbaycan siyahıda 94, Ermənistan 130, Gürcüstan isə 86-cı yerdə qərarlaşıb. Digər qonşu ölkələrə gəldikdə İran 137, Rusiya 75, Türkiyə isə 125-ci yerdədir.

Reytinqin müəllifləri diskriminasiyanı bir neçə göstəricilərə - əmək bazarında, təhsil və tibbi xidmətlərdə qadının rolu, qadının siyasətdə iştirakına görə qiymətləndirirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm