ABU-nun keçmiş dekanı məhkəmə zalında həbs olundu
Bizi izləyin

Qırmızı.az

ABU-nun keçmiş dekanı məhkəmə zalında həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsinin dekanı olmuş Xudayar Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xudayar Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Xudayar Həsənov məhkəmə zalından həbs edilib. Xudayar Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311.3.1, 311.3.2, və 311.3.3 (rüşvət alma ) maddələri ilə ittiham edilib.

Ittihama görə, o, universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub. Onlar TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlerin valideynlərindən külli miqdarda rüşvət alıblar. Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahaçqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitətində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm