Bərdədə yaşayış evi yandı: xəsarət alan var
Bizi izləyin

Qırmızı.az

Bərdədə yaşayış evi yandı: xəsarət alan var

Bərdə rayonunda bir qadının xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib. ANS PRESS FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində (rayon mərkəzindən 7 km aralı) baş verib.

Bərdə rayonunda bir qadının xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib. Publika.az-ın FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində (rayon mərkəzindən 7 km aralı) baş verib.

Məlumata görə, kənddə vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 77 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər qadın əl və ayaq nahiyəsindən xəsarət alıb.

Yaralı, yanğınsöndürənlər hadisə yerinə çatana kimi aldığı yüngül yanıq xəsarətləri ilə vətəndaşlar tərəfindən xəstəxanaya çatdıırlıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm