Fövqəladə hallarda gömrük orqanları nə etməlidir?
Bizi izləyin

Qırmızı.az

Fövqəladə hallarda gömrük orqanları nə etməlidir?

Naxçıvan Şəhər Gömrük İdarəsində “Fövqəladə hallar zamanı zərərçəkmiş əhalinin həyat fəaliyyətinin təmin olunmasında gömrük orqanlarının rolu” mövzusunda konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli baş verə biləcək fövqəladə hallar zamanı mümkün nəticələrin aradan qaldırılması işinə bütün dövlət orqanlarının hazır olmasının əsas tələblərdən biri olduğunu vurğulayıb. Sədr müavini bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələrdən də danışıb. Qeyd edilib ki, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zərər çəkmiş əhali üçün göndərilən malların və nəqliyyat vasitələrinın və digər yardım yüklərinin gömrük rəsmiləşdirilməsinin qanunvericiliklə güzəştli və sadələşdirilmiş qaydada aparılması müəyyən olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovniki Emin Qasımov muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallar, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gömrük orqanları ilə qarşılıqlı fəaliyyətin təşkilindən, Naxçıvan Muxtar Respubliksı Dövlət Gömrük Komitəsinin Maddi-texniki təchizat və təsərrüfat bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Zeynalabdin Quliyev isə gömrük orqanlarında mülki müdafiə işinin təşkili istiqamətində görülən işlərdən danışıb.

Konfransda muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallar zamanı xəbərdarlıq siqnalları üzrə fəaliyyətin təşkili, o cümlədən dəm qazından mühafizə tədbirləri, radiasiya təhlükəsizliyi və ondan qorunma yolları, gömrük orqanlarında yanğın təhlükəsizliyi qaydaları kimi məsələlər də müzakirə olunub.

Tədbirə yekun vuran S.Həbibbəyli fövqəladə halların aradan qaldırılması və mülki müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində praktiki biliklərin aşılanmasında konfransın əhəmiyyətini vurğulayıb və yaradılmış birgə komissiyanın uğurlu fəaliyyəti üçün lazımi tədbirlərin görüləcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm