Şeyx Rusiyaya gedir
Bizi izləyin

Qırmızı.az

Şeyx Rusiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 30-da Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasına səfərə yola düşür.

QMİ-dən Publika.az-a verilən məlumata görə, səfərdə məqsəd Nalçik şəhərində keçiriləcək “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda beynəlxalq elmi konfransda iştirak etməkdir.


Kabardin-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirdiyi Konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, islam təhsil müəssisələrinin rektorları, nüfuzli ictimai xadimlər iştirak edəcəklər.

QMİ sədri konfransda məruzə ilə çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm