Qırmızı.az
DİN-dən daha bir əməliyyat: narkotacirlər ələ keçirildi
Daxili İşlər Nazirliyi Astara rayon sakinlərindən silah və külli miqdarda narkotik götürülməsi faktı barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə
Mübarizə İdarəsi və Astara Rayon Polis Şöbəsinin əməkdaşları
Nazirliyin Xüsusi Təyinatlı Polis Qüvvələri cəlb edilməklə narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupun
üzvlərini müəyyən edərək zərərsizləşdiriblər.
Belə ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində
həmin rayonun sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar -
Rəvan Rüstəmov, İqrar Mirzəyev, Ələddin Məmmədov, Akif Nuriyev,
Gülxan Əliyev və Abuzər Əhədovdan ibarət mütəşəkkil dəstənin
üzvləri saxlanılıblar.
Baxış zamanı onlardan və yaşadıqları evlərdən ümumi çəkisi 2,6
kiloqramdan artıq narkotik vasitə, o cümlədən 1,4 kiloqram tiryək,
703 qram heroin, 474 qramdan çox həşiş qətranı, 100,38 qram
amfetaminlər qrupuna daxil olan metilamfetamin, 7 patronu ilə
birlikdə 1 "Naqan" tipli tapança, 98 gülləsi ilə birlikdə 1
pnevmatik tapança, elektron tərəzi və 1 maska aşkar edilərək
götürülüb.
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanılıb, istintaq aparılır.
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO