• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qənirə Paşayeva ŞKTC-nin şəhid ailələri və Malül Qazilər Cəmiyyətinin üzvləri ilə görüşüb

Qənirə Paşayeva ŞKTC-nin şəhid ailələri və Malül Qazilər Cəmiyyətinin üzvləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin şəhid ailələri və Malül Qazilər Cəmiyyətinin üzvləri ilə görüşüb.

ŞKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Sadəddin Topukçunun iştirakı ilə keçirilən görüşdə millət vəkili Qənirə Paşayeva ŞKTC-nin şəhid ailələri və Malül Qazilər Cəmiyyətinin üzvlərini Azərbaycanda salamlamaqdan şad olduğunu bildirilib. ŞKTC-nin uğurlarına dost, qardaş Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib.

Dəfələrlə Şimali Kipr Türk Respublikasına səfər etdiyini, oradakı insanımız, onun tarixi, bu günü, yaşadığı ağır faciələr, ədalətli mücadiləsi ilə bağlı məqalələr, kitablar yazdığını vurğulayan millət vəkili Qənirə Paşayeva əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu bildirib və ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. Millət vəkili Şimali Kiprdən şəhid ailələrin və Malül Qazilər Cəmiyyətinin üzvlərinin Azərbaycana səfərinin əhəmiyyətini vurğulayaraq, burdakı şəhid ailələri cəmiyyəti, qazilər cəmiyyətləri ilə əlaqələrin qurulmasının və əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Q. Paşayeva görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi barədə də məlumat verib və bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bütün Türk dünyasının problemidir.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva ŞKTC-nin şəhid ailələri və Malül Qazilər Cəmiyyətinin üzvlərinə Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi ilə bağlı hədiyyələr, həmçinin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanmış "Azərbaycan həqiqətləri" filmlər kataloqunu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran Türkiyə türkcəsində çap edilən “Hocalı Soykırımı: tanıkların dili ile” kitabını və həmmüəllifi olduğu kitablarını təqdim edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR