Bakıda ağır qəza - 2 ölü, 7 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakıda ağır qəza - 2 ölü, 7 yaralı

Bakı şəhəri, Qaradağ rayonunda “Honda” markalı minik avtomobili yolayrıcındakı maneəyə çırpılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İsayev Rövşən Eldar oğlu, sərnişin 1984-cü il təvəllüdlü Qəhrəmanov Samir Bəhram oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Avtomobildə müxtəlif bədən xəsarətləri alan 3 nəfər (2 nəfər qadın, 1 nəfər kişi), 4 nəfər azyaşlı və hər 2 meyit xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm