Bakı polisi quldur dəstəni zərərsizləşdirdi
Bizi izləyin

Qırmızı.az

Bakı polisi quldur dəstəni zərərsizləşdirdi

Bakı polisi yarım il öncə törədilmiş cinayətin üstünü açıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış şöbəsi və 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Yevlax rayon sakinləri – Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov tutulublar.

Məlum olub ki, onlar aprelin 30-da Z.Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən mebel mağazasına aldatma yolu ilə daxil olub, gözətçinin əlini və ağzını skotçla bağlayıb, mağazanın müdirinin iş otağının qapısını sındıraraq, oradan içərisində 20000 manat olan seyfi, kompyuteri və salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürüb “Mersedes” markalı avtomibillə hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm