Qırmızı.az
Rusiya vətəndaşı Azərbaycana qaçaqmal yolu ilə dərman keçirmək istədi
Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda dərman preparatları aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Malayziyanın Kuala Lumpur şəhərindən Özbəkistan Respublikasının Daşkənd şəhərinə, oradan isə qaçaqmalçılıq yolu ilə satış məqsədi üçün külli miqdarda dərman preparatlarının Bakı şəhərinə gətirilməsi haqqında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.
Keçirilmiş əməliyyat tədbiri nəticəsində HY 757 saylı Daşkənd-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı Qazimaqomedov Maqomed Şaqroramazanoviç gömrük nəzarətindən keçdikdən sonra gömrük zonasını tərk etmək istəyərkən saxlanılmış və gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual edilərkən, baqajında və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirib.
Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq M.Ş.Qazimaqomedova məxsus baqaja və əl yüklərinə baxış həyata keçirilib, ona məxsus çamadandan və əl çantalarından cəmi 2496 kapsul 450 mg-lıq “Phyto Andro for Him” adlı dərman preparatları aşkar olunaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı