• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda dəm qazı 7 nəfəri xəstəxanalıq etdi

Bakıda dəm qazı 7 nəfəri xəstəxanalıq etdi

Bakıda 1 gündə 9 nəfər dəm qazından zəhərlənib və onların əksəriyyəti xəstəxanaya yerlşdirilib.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib. O bildirib ki, son sutka ərzində Stansiyaya dəm qazından zəhərlənməyə görə Bakının Suraxanı, Xəzər, Səbail və digər bir sıra rayonlarından 9 müraciət daxil olub. Nəticədə dəm qazından 9 nəfər zəhərlənib və onlardan 7 nəfəri xəstəxanaya çatdırılıb.

Zemfira Vahidova vurğulayıb ki, son 10 gündə havaların daha soyuq keçməsi ilə əlaqədar dəm qazından zəhərlənənlərin sayında artım müşahidə olunur:

“Əvvəlki illərdə bu cür hadisələrin əksəriyyəti hündür mərtəbəli yaşayış binalarında baş verirdisə, hazırda isə belə hallar həyət evlərində üstünlük təşkil edir. Havaların qarşıdakı aylarda daha soyuq keçəcəyini nəzərə alaraq biz bir daha insanları qazdan istifadədə ehtiyatlı olmağa çağırırıq”.

Amid

Xəbər lenti

DAHA ÇOX XƏBƏR