Qırmızı.az
800-dən artıq işsiz işlə təmin olundu
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 814 nəfər vətəndaşın məşğulluğu təmin edilib. Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmin şəxslərin 172 nəfərini yetkinlik yaşına çatmamış uşaqları
tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 191 nəfərini əlillər,
172 nəfərini qaçqın və məcburi köçkünlər, 148 nəfərini 20 yaşadək
gənclər, 32 nəfərini müharibə veteranları təşkil edib. Həmçinin
şəhid ailəsi üzvləri olan 20 nəfər, penitensiar müəssisələrdə cəza
çəkməkdən azad edilmiş 19 nəfər, sağlamlıq imkanları məhdud
uşaqları tərbiyə edən 22 nəfər, pensiya yaşına 2 ildən az qalmış 38
nəfər şəxs də kvota üzrə iş yerləri ilə təmin olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci
il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş «Sosial
müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən
vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»na əsasən,
müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta
illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi,
100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri müəyyən
edilir.
Xatırladaq ki, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən məşğulluğu
təmin edilən vətəndaşların ümumi sayı 22700 nəfər təşkil edib.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB