Qırmızı.az
Kərəm Həsənov hesabat verdi
İlin 9 ayı ərzində kiçik özəlləşdirmə formasında 580-dən çox müəssisə və obyekt, 450-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
Publika.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib. O qeyd edib ki, 380-dən çox qeyri-yaşayış sahəsi 310-dan çox torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 39 pul hərracında 28 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2,5 milyon manat məbləğdə investisiya qoyulub.
Hesabat dövründə 5590-a yaxın dövlət müəssisə və təşkilatı “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma”sını təqdim ediblər. Bunlardan 2250-ə yaxını elektron xidmət vasitəsilə olub.
Hesabat dövründə 5798 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb, 2786 ədəd registrdən çıxarış sənədi hazırlanıb.
2014-cü ilin ötən dövründə 150950-dən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb (42300-ə yaxın ilkin qeydiyyat, 108650-dən çox təkrar qeydiyyat). 33300-dən çox ipoteka müqaviləsi bağlanıb. 130200-dən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.
İqtisadiyyat şöbəsi
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye