Aynur Camalqızı: “Əli Həsənov mətbuatın problemlərini prezidentə çatdıracağını söylədi“
Bizi izləyin

Qırmızı.az

Aynur Camalqızı: “Əli Həsənov mətbuatın problemlərini prezidentə çatdıracağını söylədi“

Bu gün Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir qrup redaktorla görüş keçirib.

Görüşdə iştirak eləmiş "GündəlikTeleqraf" qəzeti və “Publika.Az" informasiya portalının təsisçisi Aynur Camalqızı Publika.Az-a açıqlamasında bildirib ki, tədbir redaktorların xahişi ilə baş tutub.

Aynur Camalqızı görüşdə başlıca müzakirə mövzusunun son dövrlər qəzetlərin yayımındakı problemlərin olduğunu deyib:

"Bəzi müxalifət mətbuatında qəzet yayımında müşahidə olunan problemlər bu qəzetlərə təzyiq kimi qiymətləndirilir. Söhbət zamanı məlum oldu ki, eyni problemlərlə hətta dövlət qəzetləri də rastlaşır.

"Azərbaycan" qəzetinin baş readaktoru, millət vəkili Bəxtiyar Sadıqov əlindəki sənədlərlə göstərdi ki, rəhbərlik eydiyi qəzetin son dövrlər yayımında da problemlər ortaya çıxıb və qəzetlərin ciddi şəkildə geti qayıtması qeydə alınıb. Əslində bütün qəzetlər eyni problemi qabartdılar".

Aynur Camalqızı bütövlükdə görüşün konstruktiv atmosferdə keçdiyini dilə gətirib. Onun sözlərinə görə, Əli Həsənov redaktorlar tərəfindən qaldırılan problemləri dövlət başçısına çatdıracağını bildirib:

"Əli Həsənov qəzetlərin yayımı məsələsində ciddi əziyyət çəkən mətbuat orqanlarına dövlətin hər cür kömək göstərəcəyinə söz verdi. Eyni zamanda görüşdə qəzetlərə verilən reklamlarla bağlı da məsələ qaldırıldı. Əli müəllim təklif etdi ki, çap mətbuatına sosial reklamların verilməsi məsələsi gündəmə gətirilsin. O, həmçinin mövcud qanunvericilikdə bu məsələlərlə bağlı əlavə və düzəlişlərə ehtiyac olduğunu söylədi.

Əli Həsənov görüş zamanı ortaya çıxan maraqlı təkliflərin həyata keçirilməsi istiqamətində zəruri addımlar atılacağını dedi. O, təklif etdi ki, mətbuat nümayəndələri ilə onun görüşü mütəmadi keçirilsin və ortaya çıxan problemlərlə bağlı mətbuata yardım eləmək yolu asanlaşsın".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm